SALYANIN İÇMƏLİ SU TƏMİNATI YAXŞILAŞDIRILIR
Salyanın iki su təmizləyici stansiyasının əsaslı təmirinə və yenidən qurulmasına 385 milyon manat dövlət vəsaiti sərf olunmuşdur. Su anbarları lildən təmizlənmiş, xətlər təzələnmiş, üzmə qurğusu, iki yeni su nasosu quraşdırılmış, içməli su mənbəyinin xlorlaşdırılması prosesi təkmilləşdirilmişdir. Görülmüş yenidənqurma tədbirləri Salyanın içməli su təminatını xeyli yaxşılaşdırmağa imkan yaratmışdır.