İDMAN


SAMBOÇULARIMIZ 2005-Cİ İLDƏ 24 MEDAL QAZANMIŞLAR

AZƏRTAC xəbər verir ki, Azərbaycan Sambo Federasiyası idmançıların bu il qazandığı nailiyyətləri və ölkənin ən yaxşı samboçusunun adını açıqlamışdır.

Sambo üzrə yığma komandamızın baş məşqçisi Mübariz İbrahimov 2005-ci ildə keçirilmiş beynəlxalq və dünya miqyaslı yarışlara yekun vurulduğunu və idmançılarımızın vətənə 4 qızıl, 4 gümüş və 16 bürünc medal gətirdiyini bildirmişdir.

Dünya çempionatının bürünc medalını qazanan 24 yaşlı Elçin Mayılov, ilin yekunlarına görə, ölkənin ən güclü samboçusu seçilmişdir.

Hazırda idmançılar 2006-ci il yanvarın 25-29-da keçiriləcək respublika çempionatına hazırlaşırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.