İQTİSADİYYAT
SƏRHƏDYANI ƏRAZİLƏRDƏ ERMƏNİSTAN TV PROQRAMLARININ YAYIMLANMASININ QARŞISINI ALMAQ MƏQSƏDİLƏ TEXNİKİ TƏDBİRLƏR GÖRÜLÜR
Martın 3-4-də Moskva şəhərində Rusiya, Azərbaycan və Ermənistan rabitə nümayəndələrinin görüşündə də qeyri-qanuni yayımla əlaqədar məsələlər müzakirə olunmuş və üçtərəfli protokol imzalanmışdır. Həmin sənədə əsasən, Ermənistan Azərbaycanın sərhədyanı ərazilərində yayımı dayandırmalı, İcevan və Noyemberyan rayonlarında 22 və 27-ci kanallardan imtina etməli, Berd televiziya stansiyasının 10-cu kanalının yayımını azaltmalıdır.
Hazırda Ermənistan tərəfi hələlik protokolun şərtlərinə əməl edir. Lakin mütəxəssislərimiz yekun sözünü müəyyən müddət davam edəcək araşdırmalardan sonra deyəcəklər. Əgər Ermənistan götürdüyü öhdəlikləri yerinə yetirməsə, bu məsələ MDB Regional Rabitə İttifaqında yenidən müzakirəyə çıxarılacaqdır. Nazirlik problemin həllini başa çatdırmaqda israrlıdır.