Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Ş.Ə.ZAHİRİN “TƏRƏQQİ” MEDALI İLƏ TƏLTİF EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan Respublikasında məcburi köçkünlərə ərzaq yardımının göstərilməsindəki səmərəli fəaliyyətinə görə Birləşmiş Millətlər Təşkilatının “Ümumdünya Ərzaq Proqramı”nın Azərbaycandakı nümayəndəsi Şərif Əmin Zahir “Tərəqqi” medalı ilə təltif edilsin.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

28 avqust 2003-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin