DÜNYA
SİQARETÇƏKƏNLƏRDƏ XƏRÇƏNG XƏSTƏLİYİNİN YARANMASI ONLARIN İRQİNDƏN ASILIDIR
Ağ irqə mənsub adamların xərçəng xəstəliyinə tutulması ehtimalı afrikalılara nisbətən 55 faiz azdır. Yapon mənşəli amerikalılar və Latın Amerikası əsilli insanlar siqaret çəkməkdən onkoloji xəstəliklərə az-az yoluxurlar. Bu etnik qruplarda xəstəliyin yaranması riski ağdərililərə nisbətən təxminən 2 dəfə aşağıdır. Lakin gündə 30 və daha çox siqaret çəkənlər arasında fərq çox deyildir. Ekspertlərin fikrincə, bu halda tütün zəhəri bütün digər amillərə üstün gəlir.
Səkkiz il davam edən tədqiqatlarda 183 min adam iştirak etmişdir. Tədqiqatların rəhbəri, Cənubi Kaliforniya Universitetinin əməkdaşı Kristofer Hayman bildirmişdir ki, araşdırmalar zamanı olduqca dəqiq fərq aşkar edilmişdir. Bu göstərmişdir ki, irqi və etnik mənsubiyyətindən asılı olaraq, siqaretçəkənlərin xərçəng xəstəliyinə tutulması ehtimalı müxtəlifdir.
Əldə olunan nəticələr bu və ya digər xəstəliklərin müalicəsi zamanı xəstənin irqi mənsubiyyətinin nəzərə alınması ilə bağlı mübahisələri daha da qızışdıracaq, bəlkə də, yeni müalicə metodlarının işlənib hazırlanmasına səbəb olacaqdır.
Lakin şəkkaklar iddia edirlər ki, aşkar olunan faktlar kifayət qədər inandırıcı deyil, çünki tədqiqatlar zamanı bəzi sosial amillər nəzərə alınmamışdır.