İQTİSADİYYAT


SOCAR İstiqrazları üzrə üçüncü kupon ödənişi sahiblərinə 1,1 milyon ABŞ dolları gəlir gətirib

Bakı, 1 avqust, AZƏRTAC

Nominal qiyməti 1000 ABŞ dolları, tədavül müddəti 5 il, illik gəlirliliyi 4,5 faiz olan və faizləri rüblük qrafiklər əsasında ödənilən SOCAR İstiqrazlarının növbəti kupon ödənişi avqustun 1-i istiqraz sahiblərinin hesablarına köçürülüb.

“SOCAR Capital” şirkətindən AZƏRTAC-a bildirilib ki, Bakı Fond Birjasında yerləşdirildiyi 9 aylıq müddət ərzində ən çox investisiya edilən qiymətli kağıza çevrilmiş yeni SOCAR İstiqrazları üçüncü kupon ödənişi nəticəsində sahiblərinə 1 milyon 125 min ABŞ dolları gəlir gətirib. Bununla da istiqraz sahiblərinin ümumi qazancı 3 milyon 375 min ABŞ dollarına yüksəlib (5 ilin yekununda toplam gəlir 22,5 milyon ABŞ dolları təşkil edəcək).

Təkrar bazar əməliyyatları həcminin 23 milyon ABŞ dollarını ötməsi, bağlanmış əqd sayının 220-yə çatması və ən çox ticarət olunan korporativ maliyyə alətinə çevrilməsi SOCAR İstiqrazlarına olan yüksək tələbatın göstəricisidir.

1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindən və Azərbaycanda qeydiyyatdan keçmiş bütün investisiya şirkətlərindən əldə edilməsi mümkün olan SOCAR İstiqrazları yüksək likvidliyə malikdir və qiyməti heç vaxt nominaldan (1000 ABŞ dolları) aşağı düşməyib.

Qeyd edək ki, SOCAR İstiqrazlarının növbəti (dördüncü) kupon ödənişi noyabrın 1-i 2022-ci il tarixində baş tutacaq.

Əlavə məlumat üçün *1999 çağrı nömrəsi ilə əlaqə saxlaya və socarcapital.az, socaristiqraz.az elektron ünvanlarına müraciət edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.