Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“STANDARTLAŞDIRMA, METROLOGİYA VƏ SERTİFİKATLAŞDIRMA SAHƏSİNDƏ RAZILAŞDIRILMIŞ SİYASƏTİN APARILMASI BARƏDƏ” 1992-Cİ İL 13 MART TARİXLİ SAZİŞƏ ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏRİN EDİLMƏSİ HAQQINDA” PROTOKOLUN TƏSDİQ EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahəsində razılaşdırılmış siyasətin aparılması barədə” 1992-ci il 13 mart tarixli Sazişə əlavə və dəyişikliklərin edilməsi haqqında” 2000-ci il iyunun 20-də Moskva şəhərində imzalanmış Protokol Azərbaycan Respublikasının həmin Protokola dair xüsusi rəyi ilə (xüsusi rəyin mətni əlavə olunur) təsdiq edilsin.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 oktyabr 2007-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin