İQTİSADİYYAT
SUALTI BORUÇƏKMƏ İŞLƏRİ GƏLƏN İLİN SENTYABRINDA BAŞA ÇATACAQ
Layihəyə uyğun olaraq 92 kilometr uzunluğunda 26 diametrlik qaz və onun üstü ilə 4 diametrlik yardımçı boru kəmərlərinin, 12 diametrlik kondensat boru kəmərinin çəkilişi və sualtı tikinti işləri yerinə yetiriləcək. Bu işlərdə Xəzər Dəniz Neft Donanmasına məxsus “İsrafil Hüseynov” borudüzən gəmisindən və “Tofiq İsmayılov” dalğıc gəmisindən istifadə olunur. Boru kəmərlərinin “ Alfa” platformasına bərkidilməsi, sualtı qəza klapanının konstruksiyasının hazırlanması və quraşdırılması, eləcə də bütün dalğıc işlərinin və istismarqabağı sazlama əməliyyatlarının həyata keçirilməsi, o cümlədən boruların ərsinlə təmizlənməsi, hidrosınaqların keçirilməsi, qurutma, istismara hazırlama işlərinin uğurla yerinə yetirilməsi üçün hər iki gəmi modernləşdirilmişdir.