SULARDA XİLASETMƏ XİDMƏTİNİN TEXNİKİ BAZASI İLBƏİL YAXŞILAŞDIRILIR

Dövlət Sularda Xilasetmə Xidmətinin maddi-texniki bazasını yaxşılaşdırmaq məqsədi ilə bu il 60 ədəd təhlükəsizlik gödəkçəsi, 50 ədəd rezin dairə, 3 ədəd avarlı qayıq və 5 ədəd qayıq mühərriki alınmışdır.

Xidmətin rəis müavini Sahib İsmayılov AZƏRTAC-ın müxbirinə demişdir ki, bütün bu işlər dövlət büdcəsindən ayrılan 160 milyon manat vəsait hesabına görülmüşdür. Gələn il isə xidmətin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə dövlət büdcəsindən ayrılan vəsaitin həcmi 210 milyon manata çatdırılacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.