Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

SUMQAYIT ŞƏHƏRİNDƏ ABADLIQ İŞLƏRİNİN SÜRƏTLƏNDİRİLMƏSİ İLƏ ƏLAQƏDAR ƏLAVƏ TƏDBİRLƏR HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Sumqayıt şəhərinin 60 illik yubileyi münasibətilə aparılan genişmiqyaslı yenidənqurma, abadlıq və yaşıllaşdırma işlərinin sürətləndirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1.  Sumqayıt şəhərində aparılan genişmiqyaslı yenidənqurma, abadlıq və yaşıllaşdırma işlərinin sürətləndirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının 2009-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Sumqayıt şəhər İcra Hakimiyyətinə 5,0 (beş) milyon manat məbləğində vəsait  ayrılsın.

 

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 oktyabr 2009-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin