CƏMİYYƏT
Saatlı və Tərtər rayon sakinlərindən müvafiq sənədləri olmayan ov tüfəngləri aşkarlanaraq götürülüb
Bakı, 9 sentyabr, AZƏRTAC
Polis əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə növbəti əməliyyat tədbiri keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Soltanabad kənd sakini R.İslamovdan müvafiq sənədləri olmayan “İJ-18” markalı ov tüfəngi götürülüb.
Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Kəngərli kənd sakini İ.Həsənovanın evində “İJ-16” markalı ov tüfəngi aşkarlanıb.
Faktlarla bağlı təhqiqat aparılır.