ELM VƏ TƏHSİL
“Sabahın məktəbi” mövzusunda vebinar keçiriləcək
Bakı, 24 fevral, AZƏRTAC
Fevralın 25-də “Sabahın məktəbi” mövzusunda vebinar keçiriləcək.
Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, onlayn tədbirin keçirilməsində əsas məqsəd müasir dövrdə məktəbin rolu və məktəbdən gözləntilərin nədən ibarət olduğu haqqında müzakirələr aparmaqdır.
Vebinarda BŞTİ-nin nəzdində fəaliyyət göstərən Təlimə Dəstək Mərkəzinin direktoru İlkin Həsənov, 214 nömrəli tam orta məktəbin direktoru Fəttah Fəttayev, 220 nömrəli məktəb-liseyin ingilis dili müəllimi Ofeliya Qafarova, 276 nömrəli tam orta məktəbin məzunu, ADA Universitetinin tələbəsi Əziz Kərimli, 287 nömrəli “Zəkalar” liseyinin VIII sinif şagirdi Zərifə Hüseynova və valideyn Təranə Salahova iştirak edəcək.
BŞTİ-nin və Təlimə Dəstək Mərkəzinin rəsmi “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq vebinarda mövzu ətrafında müzakirələr aparılacaq, təhsil işçiləri, valideyn və şagirdlərin sualları cavablandırılacaq.