CƏMİYYƏT


Sabunçu rayonunda qadın idarə etdiyi avtomobillə piyadanı vurub

Bakı, 11 oktyabr, AZƏRTAC

Paytaxtda ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Sabunçu rayonunun ərazisində Bakı şəhər sakini L.Qafarova idarə etdiyi “Chevrolet” markalı avtomobillə paytaxt sakini Gülbacı Mirzəyevanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş G.Mirzəyeva orada ölüb.

Xəzər rayonunun Qala qəsəbəsi ərazisində Bakı şəhər sakini Elman Abuzərov idarə etdiyi “VAZ-2107” markalı avtomobili yol kənarındakı elektrik dirəyinə vurub. Xəstəxanaya yerləşdirilmiş sürücünün həyatını xilas etmək mümkün olmayıb.

Səbail rayonunun Yeni Salyan yolu küçəsində isə yolu keçən Abşeron rayon sakini Aidə İsmayılova naməlum avtomobillə vurulub və həmin şəxs zərbədən qarşıdan gələn Bakı şəhər sakini C.Abdullayevin sürdüyü “Wolkswagen” markalı avtomobilin altına düşüb. Piyada hadisə yerində ölüb.

Hadisələrlə bağlı araşdırmalar aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.