CƏMİYYƏT


Sabunçuda yol qəzası törədərək hadisə yerindən qaçan sürücü həbs edilib

Bakı, 16 avqust, AZƏRTAC

Sabunçu rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.

Bakı Şəhər Baş Polis İdarəsinin və Şəhər Prokurorluğunun AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilir ki, avqustun 14-də paytaxtın Sabunçu rayonunun ərazisində 1968-ci il təvəllüdlü Qurbanov Vaqif Əsədulla oğlunun idarə etdiyi “London Taxi” markalı 10-TH-387 dövlət nömrə nişanlı avtomobillə İran İslam Respublikasının vətəndaşı Heydəri Həsən Vali oğlunun idarə etdiyi “OKA” markalı 10-NX-581 dövlət nömrə nişanlı avtomobilin hərəkət yoluna çıxaraq toqquşması nəticəsində sonuncunun aldığı bədən xəsarətlərindən hadisə yerində ölməsi və V.Qurbanovun hadisə yerindən qaçması faktına görə rayon polis idarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində V.Qurbanov tutularaq istintaqa cəlb edilib.

V.Qurbanovun avtomobili sərxoş vəziyyətdə idarə etməsi müəyyən edildiyindən onun əməli Cinayət Məcəlləsinin 263-1.3-cü (sərxoş halda yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələrinə tövsif edilib.

V.Qurbanov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.