Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Safmar” qrupu Səhmdar Cəmiyyətinin prezidenti, Direktorlar Şurasının sədri Mixail Qutseriyevdən

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Zati-aliləri xanım Mehriban Əliyevaya

Hörmətli Mehriban Arif qızı.

Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Sizin yüksək dövləti vəzifədə fəaliyyətiniz Vətəninizə, həmvətənlərinizə xidmət kimi nəcib işə məsuliyyətli münasibət nümunəsidir.

Zəngin peşəkar təcrübə, geniş erudisiya, şəksiz siyasətçi istedadı və gözəl insani keyfiyyətlər Sizin ən mürəkkəb məsələləri uğurla həll etməyinizə imkan verir.

Əminəm ki, qarşıda Sizi Azərbaycan Respublikasının və onun xalqının rifahı naminə çox uğurlar gözləyir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzu edirəm.

Dərin hörmətlə,

 

Mixail Qutseriyev

“Safmar” qrupu Səhmdar Cəmiyyətinin prezidenti,

Direktorlar Şurasının sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin