REGİONLAR
Şahbuzda məktəblilər arasında şahmat üzrə rayon birinciliyinə yekun vurulub
Şahbuz, 17 avqust, AZƏRTAC
Şahbuz rayon gənclər və idman idarəsinin, uşaq-gənclər şahmat məktəbinin və Yeni Azərbaycan Partiyası Şahbuz rayon təşkilatı gənclər birliyinin təşkil etdiyi ümumtəhsil məktəblərinin şagirdləri arasında şahmat üzrə rayon birinciliyinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, birinciliyin açılış mərasimində çıxış edən rayon gənclər və idman idarəsinin rəis əvəzi İdris Qəhrəmanov, uşaq-gənclər şahmat məktəbinin direktoru Əli Gülmalıyev iştirakçılara yarış barədə məlumat verib, onlara uğurlar arzulayıblar.
Yeddi turdan ibarət və İsveçrə sistemi üzrə keçirilən birinciliyin yekununda Nuray Quluzadə qalib adını qazanıb. O, 7 maksimum xaldan 6,5-ni toplayıb. Hüseyn Hüseynli 6 xalla ikinci, Fərid Kərimli isə 5,5 xalla üçüncü olublar.
Sonda qaliblərə diplom və hədiyyələr təqdim edilib.