İQTİSADİYYAT
“Şahdəniz”dən çıxarılan qazın 77,6 milyard kubmetri ixraca göndərilib
Bakı, 24 yanvar, AZƏRTAC
Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağı istismara veriləndən cari il yanvarın 1-dək çıxarılan qazın 77,6 milyard kubmetri ixraca nəql edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Energetika Nazirliyinin hesabatında deyilir.
Qeyd edək ki, “Şahdəniz” qaz-kondensat yatağından indiyədək 112 milyard kubmetrdən çox təbii qaz çıxarılıb. Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündəlik 56 milyon (ildə 20 milyard) standart kubmetrdir. “Şahdəniz”də iştirak payları belədir: BP (operator - 28,8 faiz), AzŞD (10 faiz), “SGC Upstream” (6,7 faiz), “Petronas” (15,5 faiz), “LUKoil” (10 faiz), “NICO” (10 faiz) və “TPAO” (19 faiz).
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]