İQTİSADİYYAT


Sahibkarların vergitutma ilə bağlı qarşılaşdığı çətinliklər müzakirə olunub

Bakı, 27 may, AZƏRTAC

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların vergi qanunvericiliyinin tətbiqi ilə bağlı qarşılaşdıqları çətinliklər və irəli sürdükləri təkliflərin öyrənilməsi istiqamətində qarşılıqlı əməkdaşlığı və görüşləri davam etdirir.

DVX-dən AZƏRTAC-a bildirilib ki, Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının üzvləri ilə onlayn formatda görüşüb.

Görüşdə sözügedən sektorda mövcud vəziyyət, sahibkarların vergitutma sahəsində qarşılaşdığı çətinliklər, pərakəndə geyim idxalı sahəsində istehlakçılar tərəfindən fərdi şəkildə elektron ticarət vasitəsilə malların idxalının bu sektorda sahibkarlıq fəaliyyət göstərən şirkətlər üçün haqsız rəqabət şəraiti yaratdığı hallar, rəsmi idxalçılara vergi güzəştlərinin verilməsinin mümkünlüyü, sektorun inkişafı üçün sahibkarların qaldırdığı məsələlər müzakirə olunub.

Sahibkarlar tərəfindən irəli sürülmüş təkliflər qeydə alınıb və onların öyrənilməsi istiqamətində əməkdaşlığın davam etdiriləcəyi iştirakçıların diqqətinə çatdırılıb.

Qeyd olunub ki, assosiasiya 200-dən çox brend geyim mağazasını birləşdirən vergiödəyicilərini təmsil edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.