İDMAN


Şahmatçılarımız İspaniyada beynəlxalq turnirdə iki qələbə qazanıblar

Bakı, 8 dekabr, AZƏRTAC

İspaniyanın Barselona şəhərində keçirilən beynəlxalq şahmat turnirində səkkizinci turun oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, turnirdə Azərbaycan təmsilçiləri Məhəmməd Muradlı və Aydın Süleymanlı rəqibləri üzərində qələbə qazanıblar. Digər təmsilçimiz Eltac Səfərli isə uduzub.

Ötən turların nəticəsinə görə, xallarının sayını 6-ya çatdıran M.Muradlı liderdən cəmi yarım xal geri qalır. E.Səfərli 5,5 xalla 13-cü, A.Süleymanlı 5 xalla 23-cüdür.

İsveçrə sistemi üzrə keçirilən və doqquz turdan ibarətdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.