REGİONLAR


Salyan sakinindən narkotik maddə götürülüb

Salyan, 17 aprel, Mahir Babayev, AZƏRTAC

Salyan sakinindən küllü miqdarda narkotik maddə götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, daxil olmuş məlumat əsasında Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Çadırlı kənd sakini, əvvəllər məhkum olunmuş 1966-cı il təvəllüdlü Həmzəyev Tahir Barı oğlunun yaşadığı evin həyətyanı hissəsinə baxış keçirilib və 8 ədəd çətənə kolu aşkar edilib. Həmçinin T.Həmzəyevin yaşadığı evin həyətində yerləşən hamama baxış keçirilən zaman oradan 54 ədəd kibrit qutusunda, 84 ədəd siqaret kağızı bükümündə, 5 ədəd balonda və 1 ədəd selefon paketdə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Hal şahidlərinin iştirakı ilə narkotik vasitələr maddi sübut kimi polis şöbəsinə gətirilib. İlkin dindirilmə zamanı Tahir Həmzəyev törətdiyi cinayəti etiraf edib.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində araşdırma aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.