REGİONLAR
Salyanın meyvə bağlarında məhsul yığımına başlanılıb
Salyan, 25 iyun, Mahir Babayev, AZƏRTAC
Salyanın meyvə bağlarında məhsul yığımına başlanılıb.
Rayon statistika idarəsinin rəisi Elnur Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, salyanlı bağbanlar becərdikləri 894,2 hektar meyvə bağından qısa müddətdə 87,5 ton məhsul yığıblar. Yığılan məhsul ötən ilin eyni dövrü ilə müqayisədə 0,3 sentner çoxdur. Tədarük olunan məhsulun 9,1 tonunu alça, 5,5 tonunu gilas, 9,1 tonunu isə albalı təşkil edib. Həmçinin məhsul istehsalçıları sahələrdən 67 ton giləmeyvə də toplayıblar. Yığılan meyvənin demək olar ki, yarıdan çoxunu Xalac, Yenikənd, Çuxanlı kəndlərinin bağbanları toplayıblar.
Meyvə tədarükü davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]