CƏMİYYƏT


Şamaxı və Balakən “ASAN xidmət” mərkəzlərində YAP ərazi ilk partiya təşkilatları yaradılıb

Bakı, 25 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Şamaxı və Balakən regional “ASAN xidmət” mərkəzlərində Yeni Azərbaycan Partiyası (YAP) ərazi ilk partiya təşkilatlarının yaradılması ilə bağlı tədbirlər keçirilib.

Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, qurumun sədr müavini Ceyhun Salmanov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət quruculuğu siyasətindən söz açıb. Tədbirlərdə təşkilatı məsələlərə baxılıb və İdarə Heyətlərinin sədrləri, üzvləri müəyyənləşib. Həmçinin YAP sıralarına yeni qəbul olunmuş “ASAN xidmət” mərkəzlərinin əməkdaşlarına partiya vəsiqələri təqdim edilib.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.