ELM VƏ TƏHSİL


Şamaxıda 5 məktəbə “Merkur konstruktor dəstləri” təqdim edilib

Bakı, 10 dekabr, AZƏRTAC

Çex Respublikasının “İnkişafa yardım” layihəsi çərçivəsində Şamaxı rayonunda yerləşən Qaravəlli, Meysəri, Muğanlı, Qızmeydan, Əngəxaran kənd məktəblərinə “Merkur konstruktor dəstləri” təqdim edilib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, təqdimetmə mərasimində Çexiyanın Azərbaycandakı səfiri Milan Ekert, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavini Tural Əhmədov, Şamaxı Rayon Təhsil Şöbəsinin müdiri Namiq Nağıyev və Respublika Uşaq və Gənclərin İnkişafı Mərkəzinin direktoru Firuzə Sultan-zadə iştirak ediblər.

Konstruktor dəstlərindən fizika fənninin tədrisi zamanı, habelə məktəblilərin asudə vaxtının səmərəli təşkil edilməsi məqsədilə istifadə olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.