REGİONLAR
Şamaxıda Vətən müharibəsi qazisinin evi təmir olunur
Şamaxı, 3 fevral, AZƏRTAC
Şamaxıda rayon icra hakimiyyətinin təşkilatçılığı ilə II Çaylı kənd sakini, Vətən müharibəsi qazisi Yusif Cavadovla yaşadığı evdə görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən ilin sentyabrın 27-dən başlanan və 44 gündə işğalçı erməni ordusu üzərində qazanılan tarixi qələbədən danışılıb, bu qələbədə Silahlı Qüvvələrimizin sıralarında döyüşən şamaxılı gənclərin qəhrəmanlığı qeyd olunub. Vurğulanıb ki, torpaqlarımızın azadlığı uğrunda gedən Vətən müharibəsində şamaxılılar ordumuza maddi və mənəvi dəstəklərini əsirgəməyiblər.
Görüşdə Yusif Cavadov cəbhə xatirələrindən danışıb. Sonra onun qayğıları ilə maraqlanılıb. Qazini narahat edən məsələlər müzakirə edilib, aidiyyəti qurumlara konkret tapşırıqlar verilib.
Qeyd edək ki, qazinin arzusuna uyğun olaraq rayon icra hakimiyyətinin tapşırığı ilə onun evində təmir işlərinə başlanılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [17:25]
Sumqayıt Tibb Mərkəzi yaşayış massivində aksiya keçirib
- 07.05.2024 [16:41]
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib
- 07.05.2024 [15:15]
Naxçıvan şəhərində “Sağlam həyat” layihəsi həyata keçirilib
- 07.05.2024 [14:58]
Birinci Qarabağ müharibəsi şəhidi Elşad Qayımov Xaçmazda dəfn olunub VİDEO
- 07.05.2024 [14:26]
Sumqayıtda aramsız yağan yağışın fəsadları aradan qaldırılır
- 07.05.2024 [14:19]