REGİONLAR


Şamaxıda arıçılar bal süzümünə başlayıblar

Şamaxı, 1 avqust, AZƏRTAC

Şamaxı rayonunda arıçılıq ənənəvi təsərrüfat sahəsidir və hazırda arıçılar bal süzümünə başlayıblar.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, Şamaxıda arı ailələrinin sayı hazırda 17 min 200-ə çatıb. 624 ailə maraqlı, gəlirli və heç də asan olmayan bu işlə məşğuldur. Rayonun təbii iqlim şəraiti də arıçılıq təsərrüfatı üçün əlverişlidir. Builki mövsümdə bölgədə 140 tonadək bal, 13 ton mum, 93 kiloqram çiçək tozu, 60 kiloqramdan çox vərəmum, 9 kiloqramadək arı südü istehsalı gözlənilir. İstehsal olunan məhsulun çox hissəsi Bakı şəhərinə göndərilir.

Qeyd edək ki, rayonda onlarca peşəkar arıçı fəaliyyət göstərir. Arıçılara göstərilən dövlət dəstəyi bu maraqlı sahənin inkişafına kömək edir. “Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası”na uyğun olaraq, bu il Şamaxı rayonunda arıçılıqla məşğul olan təsərrüfatçılara dövlət büdcəsinin vəsaiti hesabına hər arı ailəsinə 10 manat hesabı ilə ümumilikdə 170 min 600 manat subsidiyanın ödənilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.