DÜNYA


“Samsung” yeni nəsil saatını təqdim edib

“Samsung” yeni nəsil saatını təqdim edib

Bakı, 10 avqust, AZƏRTAC

“Samsung” korporasiyası yeni qabaqcıl “Note 9” smartfonunun təqdimatına həsr edilmiş “Galaxy Unpacked” adlı xüsusi tədbir zamanı yeni nəsil “Galaxy Watch” saatlarını ictimaiyyətə təqdim edib.

AZƏRTAC "belta.by" saytına istinadla xəbər verir ki, həmin cihaz sukeçirməz korpusla təchiz edilib və böyük tutumlu batareyaya malikdir.

“Galaxy Watch” saatları telefona bağlanmadan işləyə və sahibinin fiziki aktivliyini, yuxusunun müddət və keyfiyyətini izləyə, gündəlik qaydalara nəzarət edə bilər. Yeni funksiyalardan biri şəxsi onlayn təlimə giriş imkanının yaradılmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.