REGİONLAR
Samuxda 930 hektara yaxın üzüm bağından məhsul yığılır
Samux, 23 sentyabr, Rauf Hacıyev, AZƏRTAC
Samux rayonunda son illərdə ən çox inkişaf edən sahələrdən biri də üzümçülükdür. İndi rayonda üzümün “Təbriz”, “Kardinal”, “Redqlob”, “Viktoriya” kimi süfrə sortları ilə yanaşı, “Gəncə Şərab - 2” zavoduna məxsus üzüm bağlarında “İzabella”, “Muskat”, “Bayan” kimi texniki sortları da becərilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, avqust ayının sonlarından etibarən Samuxda üzüm yığımına başlanılıb. Bu vaxtadək sahələrdən 27627 sentner məhsul yığılıb. Bu, ötən ilin müvafiq dövründən 2839 sentner çoxdur.
Hazırda rayonda 1023,2 hektar üzüm bağı mövcuddur. Həmin bağlardan 929,8 hektarı bar verəndir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]