REGİONLAR


Samuxda məhsul buraxılışının 62,5 faizi kənd təsərrüfatının payına düşür

Samux, 12 avqust, Elcan Məmmədov, AZƏRTAC

Samux rayonunda 2022-ci ilin birinci yarımilində rayon üzrə məhsul buraxılışının həcmi 98 min 538 min manat olub. Bu isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 14670,4 min manat və ya 17,5 faiz çoxdur.

Samux Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, məhsul buraxılışının 61532,6 min manatı və ya 62,5 faizi rayon iqtisadiyyatının aparıcı sahəsi olan kənd təsərrüfatının payına düşür. Bitkiçilik məhsullarının istehsal həcmi 34755,7 min manat, heyvandarlıq məhsullarının istehsal həcmi isə 26776,9 min manat olub. Əvvəlki ilin müvafiq dövrünə nisbətən bitkiçilik məhsullarının istehsal həcmi 7210,3 min manat və yaxud 26,2 faiz, heyvandarlıq məhsullarının istehsal həcmi isə 2908 min manat və yaxud 12,2 faiz artıb.

Məhsul buraxılışının həcmi sənaye üzrə 9,5 faiz, tikinti üzrə 5,7 faiz, nəqliyyat və anbar təsərrüfatı üzrə 1,6 faiz, informasiya və rabitə üzrə 0,5 faiz, ticarət, nəqliyyat vasitələrinin təmiri üzrə isə 20,2 faiz olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.