Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

San-Marino Respublikasının Kapitan-Regentləri Nikola Selvadan və Mişel Muratoridən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının ildönümü – Respublika Günü münasibətilə San-Marino xalqı adından və şəxsən öz adımızdan Zati-alinizə və dost Azərbaycan xalqına ən gözəl arzularımızı və səmimi təbriklərimizi çatdırırıq.

Zati-aliləri, Sizə ən yüksək ehtiramımızı bildirir, səmimi qəlbdən xoşbəxtlik arzulayır, Azərbaycan xalqına isə rifah, inkişaf və firavanlıq diləyirik.

Dərin hörmətlə,

 

Nikola Selva və Mişel Muratori

San-Marino Respublikasının Kapitan-Regentləri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin