SİYASƏT
San-Marinonun yeni təyin edilmiş fəxri konsulu patent sənədini Xarici İşlər Nazirliyinə təqdim edib
Bakı, 17 aprel, AZƏRTAC
Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi səfir Pərvin Mirzəzadə San-Marino Respublikasının yeni təyin edilmiş fəxri konsulu Rasim Qasımov ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Rasim Qasımov fəxri konsul təyinatı ilə əlaqədar patent sənədini Pərvin Mirzəzadəyə təqdim edib.
Pərvin Mirzəzadə fəxri konsul Rasim Qasımova gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə Azərbaycan ilə San-Marino arasındakı münasibətlərinin cari vəziyyəti barədə geniş fikir mübadiləsi aparılıb.