İDMAN
Santyaqo Solari 2021-ci ilədək “Real Madrid”in baş məşqçisi olacaq
Bakı, 14 noyabr, Nicat Məmmədov, AZƏRTAC
İspaniyanın “Real Madrid” klubu Santyaqo Solarini baş məşqçi postuna təsdiqləyib.
AZƏRTAC klubun rəsmi saytına istinadla xəbər verir ki, 42 yaşlı mütəxəssislə 2021-ci il iyunun 30-dək müqavilə bağlanılıb.
Argentinalı baş məşqçi uğursuz nəticələr seriyasından sonra bir neçə həftə əvvəl istefaya göndərilmiş Xulen Lopetegini əvəzləyib. Onun rəhbərliyi altında “Kral klubu” 4 oyunun hamısından qalib ayrılıb. “Real Madrid” 12 turdan sonra 20 xalla 6-cı pillədə qərarlaşıb. Paytaxt təmsilçisi lider “Barselona”dan cəmi 4 xal geri qalır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [15:23]
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
- 07.05.2024 [13:38]
Faiq Qarayev: İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın
- 07.05.2024 [12:11]