Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Mindən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Peşəkar keyfiyyətləriniz, vətənpərvərliyiniz, fəal vətəndaş mövqeyiniz, geniş dünyagörüşünüz, dialoqa hazır olmağınız Sizə həmvətənləriniz və xaricdəki həmkarlarınız arasında haqlı olaraq dərin hörmət qazandırıb.

Sizin müdrik rəhbərliyinizlə Azərbaycan Respublikası sanballı uğurlar qazanıb. Azərbaycan bu gün milli iqtisadiyyatın daha da inkişaf etdirilməsi, ölkə vətəndaşlarının rifahının yüksəldilməsi, respublikanın beynəlxalq imicinin möhkəmləndirilməsi üçün əlverişli şərait yaratmaqla öz maraqlarını inamla irəlilətməkdə davam edir.

Şanxay Əməkdaşlıq Təşkilatının fəaliyyətinə daimi diqqətinizə və dəstəyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Azərbaycan Respublikasının Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində keçirilən tədbirlərdə fəal təmsil olunmasını yüksək qiymətləndiririk.

Cənab Prezident, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, ailənizə səadət, ruh yüksəkliyi, tükənməz enerji, ölkənizin rifahı naminə yeni-yeni uğurlar, Azərbaycan xalqına əmin-amanlıq və firavanlıq arzu edirəm.

Dərin hörmətlə,

 

Can Min

Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin