MƏDƏNİYYƏT


“Sazın Ədaləti” adli disk işiq üzü görüb

Bakı, 26 sentyabr, AZƏRTAC

Sənətə yeni gələn aşıqlara daim diqqət və qayğı göstərən Azərbaycan Aşıqlar Birliyində (AAB) aşıq sənətinin inkişafında özünəməxsus yeri olan ustad sənətkarlar da diqqətdən kənarda qalmır. Necə deyərlər, heç nə unudulmur, heç kəs yaddan çıxmır. Ustad sənətkarlar haqqında kitablar hazırlanır, onların poetik yaradıcılıq nümunələri nəşr olunur, audio və video disklər buraxılır.

AAB-nin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu AZƏRTAC-a bildirib ki, Azərbaycan Aşıqlar Birliyi tərəfindən ərsəyə gətirilmiş növbəti disk ustad aşıq, Əməkdar incəsənət xadimi Ədalət Nəsibova həsr olunub. İki diskdən ibarət olan albomun birinci hissəsində ustad sənətkarın repertuarındakı bənzərsiz ifaları – “Yanıq Kərəmi”, “Fəxri”, “Aran gözəlləməsi”, Hüseyni”, “Məmmədbağırı”, “Gəraylı”, “Baş dübeyti”, “Dilqəmi”, “Naxçıvanı”, “Baş sarıtel”, “Misri”, “Şahsevəni”, “Ruhani”, “Kərəm dübeyti” və “Müxəmməs” aşıq havaları, ikinci hissədə isə ustadın anadan olmasının 50 illik yubiley tədbirinin videolenti və aşıq Kərəm İncəliylə deyişməsi yer alıb.

Diski aşıq Altay Məmmədli hazırlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.