CƏMİYYƏT


Səbail rayonunda onlayn yolla narkotik vasitələr satan şəxs saxlanılıb

Bakı, 24 oktyabr, AZƏRTAC

Səbail Rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyat həyata keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bölmə əməkdaşlarının əvvəlcədən aldıqları məlumat əsasında keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan Bakı şəhər sakini N.Əhmədova saxlanılıb. Onun üzərinə baxış zamanı müxtəlif xassəli narkotik vasitələr aşkarlanıb.

Əməliyyat tədbirlərinin davamı olaraq N.Əhmədovaya onlayn yolla narkotik vasitələr satan, paytaxt sakini Ruslan Şeyxov da saxlanılaraq rayon polis idarəsinə gətirilib. Onun yaşadığı mənzilə baxış zamanı 4 bağlamada və 17 kibrit qutusunda ümumi çəkisi 6 kiloqram 8 qram olan narkotik vasitə marixuana aşkarlanaraq götürülüb. Araşdırma zamanı müəyyənləşdirilib ki, saxlanılan şəxslər külli miqdarda narkotik vasitənin satışını təşkil etmək istəyiblər.

Faktla bağlı Səbail Rayon Polis İdarəsinin istintaq şöbəsində cinayət işi başlanılıb. Zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.