İDMAN


Sebastyan Fettel: Bakı trasında özünü iynənin deşiyindən keçən kimi hiss edirsən

Bakı, 23 aprel, AZƏRTAC

“Ferrari” komandasının pilotu Sebastyan Fettel Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar fikirlərini bölüşüb.

AZƏRTAC komandanın mətbuat xidmətinə istinadla xəbər verir ki, Fettel deyib: “Altı kilometrlik bu trass mövsümün bütün trasları arasında ən uzun - 2,2 kilometrlik düz yola malikdir. Burada sürət saatda 360 kilometrə çatır və bundan sonra birinci yavaş döngəyə girmək üçün sərt şəkildə əyləcə basmalı olursan.

Köhnə şəhərin divarları boyu sərt yoxuş cəmi yeddi metrdir, Formula 1 yürüşlərində bu cür enlilik tamamilə kiçik sayılır. Elə təəssürat yaranır ki, sanki iynənin deşiyindən keçirsən. İki bolid üçün belə yer qalmır.

Bakıda tam sürətlə irəlilədiyin zaman yavaş dönmə əməliyyatlarında düz yolda antiqanadların hücum bucağını tapmaq çox çətindir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.