CƏMİYYƏT
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Şəmkirdə vətəndaşlarla görüşəcək

Bakı, 30 may, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin bu ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, iyunun 23-də saat 10:00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində Şəmkir, Goranboy, Samux, Göygöl, Daşkəsən, Kəlbəcər rayonlarından və Gəncə şəhərindən olan vətəndaşlarla görüşəcək.
Bu barədə AZƏRTAC-a Dövlət Xidmətindən məlumat verilib.
Görüşə yazılmaq istəyən vətəndaşların iyunun 19-dək SHXÇDX-nin adları qeyd olunan rayon şöbə və bölmələrinə, həmçinin rəsmi elektron poçt ünvanına ([email protected]) müraciət edərək qeydiyyatdan keçmələri zəruridir.