Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Səfir Tural Rzayev: Misir ictimaiyyətinin Ermənistanın hərbi təxribatı barədə məlumatlandırılması fəaliyyətimizin prioritet istiqamətidir

Səfir Tural Rzayev: Misir ictimaiyyətinin Ermənistanın hərbi təxribatı barədə məlumatlandırılması fəaliyyətimizin prioritet istiqamətidir

Qahirə, 22 iyul, AZƏRTAC

Cari ilin birinci yarısı qlobal miqyasda, o cümlədən Azərbaycanda və dost ölkə olan Misirdə mürəkkəb bir dövr oldu. COVID-19 pandemiyası, habelə Ermənistanın son hərbi təxribatları fonunda Qahirədəki diplomatik missiyamız ölkəmizin maraqlarının qorunması, Misirdə yaşayan həmvətənlərimizə diqqət və qayğı göstərilməsi istiqamətində hansı işləri görüb? Ölkəmizin Misirdəki səfiri Tural Rzayev AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində bu sualları cavablandırıb. Həmin müsahibəni oxucuların diqqətinə çatdırırıq.

-Cənab səfir, Ermənistanın Azərbaycanın Tovuz rayonu ilə sərhəddə hərbi təxribatı ilə bağlı Misir rəsmilərini, millət vəkilləri və ictimaiyyəti məlumatlandırmaq istiqamətində səfirliyimiz tərəfindən hansı işlər görülüb?

-Azərbaycan Respublikasının dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin təxribatı ilə bağlı səfirliyimiz tərəfindən elə həmin gün Müdafiə Nazirliyimizin məlumatlarına istinadla bəyanat hazırlandı və Misirin kütləvi informasiya vasitələrində yayıldı. Daha sonra, əlbəttə ki, Azərbaycan Prezidenti İlham Əliyevin Təhlükəsizlik Şurasında çıxışı, Prezidentin köməkçisi - xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin və Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatları, Müdafiə Nazirliyinin operativ məlumatları Misir mətbuatında işıqlandırıldı. Rəsmi görüşlərə gəldikdə, mən Misirdə akkreditə olunmuş həmkarlarımı da ətraflı məlumatlandırdım, bir sıra görüşlər keçirdik və onları davam etdiririk. Ermənistanın hərbi təxribatı barədə məlumatların Misir ictimaiyyətinə çatdırılması hazırda fəaliyyətimizin prioritet istiqamətlərindən biridir. Mənim Misir Xarici İşlər nazirinin müavini, Avropa məsələləri idarəsinin rəisi ilə görüşüm oldu, ona Ermənistanın hərbi təxribatı barədə ətraflı məlumat verdim. O da, öz növbəsində, Misirin hər zaman Azərbaycanın yanında olduğunu, BMT TŞ-nin məlum qətnamələri çərçivəsində Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini, münaqişənin hərb yolu və ya təxribatla deyil, sülh danışıqları yolu ilə həll edilməsinə tərəfdar olduğunu diqqətə çatdırdı. O, bunu həm rəsmi Qahirənin mövqeyi, həm də Misirin İslam Əməkdaşlıq Təşkilatının və Qoşulmama Hərəkatının üzvü kimi bu təşkilatların bəyanatlarına tərəfdaş ölkə kimi münasibəti qismində bəyan etdi. Bununla yanaşı, Misirin ictimai-siyasi xadimləri ilə iş aparılır, onlara Ermənistanın hərbi təxribatı barədə ətraflı məlumat verilir. Biz Misir parlamentinin üzvləri ilə keçirilən görüşlərdə də onları bu məsələlərlə tanış edirik, Azərbaycan və Misir parlamentlərində dostluq qruplarının sədrləri arasında telefon danışıqlarını təşkil etdik.

Misir Nümayəndələr Palatasının Din və Vəqflər İşləri Komitəsinin sədri, Misir-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, professor Üsəmə əl-Abd ilə də görüş keçirilib. O qeyd edib ki, Azərbaycan və Misir xalqları qardaşdır və təbii ki, qardaşlar bir-birini dəstəkləməlidir. Başqa cür ola da bilməz. O əlavə edib ki, Azərbaycanın dostu bizim dostumuz, düşməni isə düşmənimizdir. Deputat vurğulayıb ki, Misir Qoşulmama Hərəkatına və İslam Əməkdaşlıq Təşkilatına üzv ölkə olaraq, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır, sözügedən münaqişənin hərb yolu və ya təxribatla deyil, sülh danışıqları yolu ilə həll edilməsinin tərəfdarıdır.

-2020-ci ilin birinci yarısı qlobal miqyasda, həmçinin Misirdə mürəkkəb dövr oldu. COVID-19 pandemiyası dövründə diplomatik nümayəndəliyimiz Misirdə yaşayan azərbaycanlıların problemlərinin həllini, onların diqqət və qayğı ilə əhatə olunmasını diqqət mərkəzində saxlayıb. Bu barədə nə deyə bilərsiniz?

-Əlbəttə, COVID-19 pandemiyası gözlənilən deyil, fors-major bir hadisədir. Mart ayında Ümumdünya Səhiyyə Təşkilatının pandemiya elan etməsindən sonra bütün dövlətlər hava sahəsini, sərhədləri bağladı. Burada yaşayan və təhsil alan, işləyən Azərbaycan vətəndaşlarının Misiri tərk etmələri mümkün olmadı. Əlbəttə ki, bu şəraitdə həmvətənlərimizə hər cür kömək göstərilir. Səfirlikdə sutkanın 24 saatı fəaliyyət göstərən “qaynar xətt” yaradılıb. Pandemiya ilə əlaqədar Azərbaycan və Misirin Xarici İşlər nazirliklərinin tövsiyələri əsas götürülərək səfirliyimiz karantin rejimində fəaliyyət göstərir. Vətəndaşlarımız üçün “WatsApp” qrupu yaradılıb və onların hamısı ilə mütəmadi əlaqə saxlanılır. Azərbaycanda Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarları hər gün onlara çatdırılır. Vətəndaşlarımızın səfirliyə müraciətləri, xüsusən pasportların müddətinin bitməsi, Misirdə müvəqqəti yaşayış hüququnun vaxtının başa çatması, konsulluq məsələləri, turist kimi gəlib burada qalanların problemləri ilə məşğul olmuşuq. Tələbələrin yataqxana, ev problemləri, maddi çətinlikləri ilə bağlı da imkanlarımız daxilində bütün yardımlar edilib. Vətənə qayıtmaq istəyənlərin də siyahısı tutularaq həm Nazirlər Kabineti yanında Operativ Qərargaha, həm də Xarici İşlər Nazirliyinə göndərilib. Bu gün də bu istiqamətdə tədbirlər davam etdirilir. Karantin rejimi davam edir, pandemiya səngiməyib, Misirdə də yoluxma halları çoxdur, hələ də rəqəmlərdə ciddi azalma müşahidə olunmur. Bildiyiniz kimi, axşamdan başlayaraq karantin rejimi tətbiq edilməkdədir, hələ də həyat öz normal axarına qayıtmayıb. Digər tərəfdən, Misirlə Azərbaycan arasında birbaşa aviareys yoxdur və tranzit ölkələrdə karantin rejimi ləğv olunmayana qədər vətəndaşlarımıza əlimizdən gələn bütün yardımları edəcəyik.

-Prezident İlham Əliyev son çıxışında diplomatik nümayəndəliklərimizin xarici ölkələrdə yaşayan həmvətənlərimizlə sıx təmas qurması, diaspor təşkilatlarımızla koordinasiyanı gücləndirməsi barədə bir daha ciddi tapşırıqlar verib. Misirdəki səfirlik bu sahədə hansı tədbirləri həyata keçirir?

-Əlbəttə, Azərbaycan Respublikasının Prezidentinin səfirliklərə birbaşa tapşırıq və təlimatları var. Onların başında da xaricdə yaşayan, işləyən və təhsil alan həmvətənlərimizlə sıx əməkdaşlıq fəaliyyətidir. Biz indiyədək Misirdə yaşayan vətəndaşlarımızla, burada fəaliyyət göstərən diaspor təşkilatımızla birlikdə müxtəlif tədbirlər keçirmişik, ölkəmiz üçün əlamətdar olan günlər - Respublika Günü, Novruz bayramı, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, habelə 20 Yanvar, Xocalı soyqırımının ildönümlərini birgə qeyd edirik, səfirlik tərəfindən dəstək verilən və ya çap olunan kitabların, sənədli filmin təqdimatları təşkil olunub, Ulu Öndərimizin anadan olmasının ildönümlərində vətəndaşlarımızla Ümummilli Liderimizin Misir-Azərbaycan Dostluq Parkında ucaldılmış abidəsinə gəlirik, Ulu Öndərin vəfatı günündə burada onun xatirəsini anırıq. Bununla yanaşı, biz hər gün həmvətənlərimizlə sıx təmasdayıq, onların problemlərini həll edirik, sevincli və kədərli günlərdə birlikdəyik. Lakin pandemiya dövründə vəziyyət dəyişdi, vətəndaşlarımızla daha sıx əlaqə yaradıldı. Əvvəllər onlar turist qismində Misirə qısamüddətli səfər edəndə çox vaxt səfirliyə məlumat verilmirdi, səfirliyin də vətəndaşlarımızın gəlişindən məlumatı olmurdu. Amma pandemiya vaxtı burada olan bütün vətəndaşlarımız bizə müraciət etdi, səfirlikdə qeydiyyatdan keçdilər. Məqsəd problemlə üzləşən vətəndaşlarımıza kömək göstərilməsi, həmçinin onların vəziyyətlə bağlı məlumatlandırılmasıdır. İyulun 12-də Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistanın hərbi təxribatı ilə əlaqədar həmvətənlərimiz bizə müraciət edirdilər, burada təhsil alan gənclərimiz könüllü olaraq ordumuzun sıralarına yazılmaq istəyirdi. Biz bu məsələdə də onlarla daimi təmasda oluruq, sosial şəbəkələrdə dezinformasiya xarakterli məlumatların olduğunu vurğulayırıq, Azərbaycanın qüdrətli orduya, əzmli və təcrübəli Ali Baş Komandana malik olmasını, onun rəhbərliyi ilə Silahlı Qüvvələrin Vətənimizi müdafiə etməyə qadir olduğunu vurğulayırıq. Biz ərəb dilini yaxşı bilən tələbələrimizə sosial şəbəkələrin ərəbdilli seqmentində Azərbaycanın ədalətli mövqeyini və haqq səsini daha fəal təbliğ etməyi tövsiyə edirik.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

SOCAR-ın birinci rübdə ixrac etdiyi neftin həcmi açıqlanıb

Zəmanəmizin ən görkəmli siyasi xadimi

DSMF: Dörd ayda müavinətlər üzrə 356 milyon, Prezident təqaüdləri üzrə 228 milyon manat ödənilib

Nazir müavini: Bolqarıstan şirkətləri Azərbaycanın əsasən qeyri-neft sektoruna sərmayə yatırıblar

AHİK ötən ilin ən yaxşı müəssisələrini mükafatlandırıb

BMqT: Miqrasiyanın siyasiləşdirilməsi mənfi tendensiya doğurur

Slovakiyanın Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsi digər Aİ üzvlərinə də nümunə olmalıdır ŞƏRH

Azərbaycan arxeoloqları Serbiyada məhkəmə arxeologiyası üzrə təlimlərdə iştirak ediblər

Bu ilin birinci rübündə SOCAR-ın qazma işlərinin həcmi azalıb

Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib

Olimpiya çempionu: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi böyük uğurdur

Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçirilir

Ombudsman beynəlxalq qurumları Azərbaycanın mina probleminin həllinə dəstək göstərməyə çağırıb

Xaqani bağı yaxınlığındakı bəzi küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq

® “Azərsun Holdinq”də ənənəvi “Qan ver, yaşat” layihəsi keçirilib

Tanınmış hüquqşünas alim Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

BMT-də süni intellektin inkişaf proseslərində rolu müzakirə edilib

Bolqarıstan Prezidenti: Azərbaycan ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır

Azərbaycan-Slovakiya əlaqələrində yeni səhifə açılır ŞƏRH

Naxçıvanda “100 illik tarixin zirvəsi: Heydər Əliyev” adlı tədbir keçirilib

Rumen Radev: Bolqarıstan ilə Azərbaycanı ənənəvi dostluq və qarşılıqlı etimada əsaslanan əlaqələr birləşdirir

“Araz-Naxçıvan”ın futzalçısı: 15 ildən sonra qazanılan kubok çox dəyərlidir

Azərbaycanın Slovakiya ilə mümkün əməkdaşlıq istiqamətləri ŞƏRH

Baş nazir Əli Əsədov Türkiyənin Vitse-prezidenti Cevdet Yılmazla görüşüb

Çexiyada pivə istehlakı tarixi minimuma enib

Prezident: Şərq-Qərb və əks istiqamət üzrə daha böyük həcmdə yüklərin daşınması münasibətlərimizi daha da gücləndirəcək

Prezident İlham Əliyev: Azərbaycan tərəfdaş ölkələrlə, o cümlədən Bolqarıstanla yaşıl enerji kabeli istiqamətində çox fəal iş aparır

Prezident: Son vaxtlar Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb

FHN: Subasmaya məruz qalmış fərdi evlərin həyətyanı sahələrində təhlükəsizlik tədbirləri görülüb VİDEO

Prezident İlham Əliyev: Azərbaycan qazının Bolqarıstana ixracı ildən-ilə artmaqdadır

Naxçıvanda vəkillərin ilk dəfə təntənəli andiçmə mərasimi olub

“Ümummilli Lider Heydər Əliyevin dil siyasəti” - elmi sessiya

Sabah paytaxtda hava əsasən yağmursuz keçəcək

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə mayın pensiyaları ödənilib

Daxau əsir düşərgəsində azərbaycanlı əsirlərin xatirə lövhəsi açılıb

Ürək-damar sistemi xəstəliklərinin ölkə üzrə milli epidemioloji registri yaradılacaq

Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB

Zəngilan və Cəbrayılda əhali üçün kardioloji müayinələr təşkil edilib

Azərbaycan-Bolqarıstan sənədləri imzalanıb  YENİLƏNİB

Ədəbiyyat Muzeyi ilə Belçika-Azərbaycan Mədəniyyət Cəmiyyəti arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

“Tesla” Çində “robotaksi” pilot layihəsinə start verir

Çexiyalı atıcı Bakıda həm qızıl medal qazanıb, həm də rekorda imza atıb

Ötən beş ildə 4,8 mindən çox şəxs “Könüllü DOST” proqramına cəlb edilib

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Turizmin inkişafı” işçi qrupunun iclası keçirilib

Slovakiyanın Baş nazirinin səfəri ölkələrimiz arasında əlaqələrin inkişafında yeni səhifə açacaq ŞƏRH

İsrail Kerem-Şalom keçid məntəqəsini açıb

DSMF Gəncədə ictimai dinləmə keçirəcək

Prado Milli muzeyi və “Colnaghi” rəsm qalereyası Karavacionun “Ecce Homo” şedevrini ilk dəfə sərgiləyəcək

Ulu Öndərin rəhbərliyi ilə ölkəmizdə insan hüquq və azadlıqlarının təmin olunması sahəsində mühüm addımlar atılıb

Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş respublika elmi konfransı başa çatıb

Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinin kollektivi Ulu Öndərin məzarını ziyarət edib

DİM rəhbəri: Çalışacağıq ki, daha kütləvi imtahanları da elektron formata keçirək

Fikrət Hüseynov: Artıq Azərbaycanda qış idman növlərinin inkişafı üçün işlər aparılır

Məleykə Abbaszadə: Növbəti addım gələn ilin imtahan cədvəli ilə bağlıdır

Lənkəranda evdən oğurluq edən şəxslər saxlanılıblar

Rusiya və Çin Ayda atom stansiyası quraşdıracaq

Gənclər Kitabxanası Ulu Öndərin 101-ci ildönümü ilə əlaqədar silsilə materiallar hazırlayıb

Mayın 8-i Ümumdünya Qırmızı Xaç və Qızıl Aypara Hərəkatı Günüdür

ABŞ şirkətinə məxsus şassisi açılmayan təyyarə İstanbul hava limanında gövdəsi üzərinə enib VİDEO

Türkiyəli mütəxəssis: Azərbaycanda hər kəsi körlinqlə məşğul olmağa dəvət edirik VİDEO

DİM rəhbəri: İşə qəbul imtahanları elektron formatda olacaq

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Bolqarıstanın birinci xanımı Desislava Radeva ilə görüşü olub

Məleykə Abbaszadə: “Yüksəliş”in onlayn sessiyası DİM-in elektron imtahanlar korpusunda keçiriləcək

Sinqapurda F-16 qırıcı təyyarəsi qəzaya uğrayıb

Qərbi Azərbaycan məsələsi ilə bağlı aparılan haqq işində tarixi nailiyyət əldə edilib

Azərbaycanda körlinq idman bölməsi açılıb

Məleykə Abbaszadə: DİM-in yeni korpusunda gün ərzində 1700 nəfər imtahan verə biləcək

FHN: Ötən sutka ərzində 15 halda yanğına çıxış olub, 4 nəfər xilas olunub

Cari ildə istehlakçılara 59 milyon manatlıq ƏDV geri qaytarılıb

Bakı PISA üzrə II ICESCO Nazirlər Konfransına ev sahibliyi edəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstan Prezidenti Rumen Radev ilə təkbətək görüşü olub YENİLƏNİB

Azərbaycan DİM Dialoqunu sülh və dostluq platformasına çevirir ŞƏRH

Avropa İttifaqı Stiven Siqala qarşı sanksiya tətbiq edə bilər

Sertifikatlaşdırmada iştirak edəcək müəllimlərin nəzərinə

AKİA-nın sədri Balakəndə vətəndaşları qəbul edəcək

Sabah Bakı metrosunun iş rejimi dəyişdiriləcək

Almaniyanın “Die Zeit” qəzetində Azərbaycana həsr olunmuş məqalə dərc edilib

ABŞ Qəzza sektoru üçün üzən limanın tikintisini başa çatdırıb

Bu il yeni nəsil NKA-lar vasitəsilə dövriyyə 11 faizdən çox artıb

Konfrans Liqası: Bu gün ilk finalçı müəyyənləşəcək

Təbrizdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Haitidə torpaq sürüşməsi 13 nəfərin həyatına son qoyub

Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusuna mediatur keçirilib

Dövlət qurumlarının nümayəndələri Türkiyədə “İslam bankçılığı və maliyyəsi” təlimində iştirak ediblər

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsi anılıb

Çin 12 ölkə üçün vizasız rejimi gələn ilin sonunadək uzadıb

Azərbaycan şahmatçıları beynəlxalq turnirdə iştirak edirlər

Hindistanda 70-ə yaxın aviareys ləğv edilib

Azərbaycan hər ötən gün öz iqtisadi, hərbi qüdrətini, regionda və dünyada nüfuzunu artırır ŞƏRH

Bu il 180 mindən çox “ASAN İmza” sertifikatı verilib

Siyəzənin beş kəndinə təbii qazın verilişi müvəqqəti dayandırılıb

Deputat: Heydər Əliyevin Azərbaycan dövlətçiliyinə verdiyi töhfələr ölkənin müstəqillik tarixində mühüm rol oynayıb

Özbəkistanın ali məktəblərində Azərbaycan dili və ədəbiyyatı ilə bağlı mühazirələr dinlənilib

Baş prokuror: Azərbaycanın əldə etdiyi nailiyyətlər ölkəmizin müxtəlif sahələrdə inkişafının bariz nümunəsidir

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş futzal turnirinə yekun vurulub

Bolqarıstan Prezidenti Rumen Radevin rəsmi qarşılanma mərasimi olub

Azərbaycanlı tələbələr Türkiyədə bayram şənliklərində iştirak edəcəklər

Naxçıvanda vergi xidmətlərindən istifadə səviyyəsi artır

KOBİA Əbu-Dabidə keçirilən “AİM Congress”in müvafiq panelində təmsil olunub