REGİONLAR


Şəhid əsgər Nazim İsmayılov Ağstafada dəfn olunub

Ağstafa, 16 iyul, AZƏRTAC 

İyulun 16-da səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olan İsmayılov Nazim Əfqan oğlu bu gün Ağstafa rayonunda dəfn edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid hərbçimizin nəşi doğulub boya-başa çatdığı Ağstafa rayonun Kol Xəlifəli kəndinə gətirilib. Şəhidimizin cənazəsi böyük izdihamla qarşılanıb.

Vida mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının nümayəndələri, Milli Məclisin deputatları, kənd sakinləri, rayon ictimaiyyətinin təmsilçiləri və şəhidin ailə üzvləri iştirak ediblər.

Sonra şəhidimiz Kol Xəlifəli kənd qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində izdiham yaşanıb. Şəhidimizin məzarı üstünə tər qərənfil və qızıl güllər düzülüb.

Şəhidin tabutu üzərindəki Azərbaycanın üçrəngli bayrağı qardaşı İsmayıl İsmayılzadəyə təqdim edilib.

Şəhidin kiçik qardaşı İsmayıl İsmayılzadə hazırda ordu sıralarında əsgər kimi xidmət edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.