İDMAN
Şəhriyar Məmmədyarov Dünya İntellektual Oyunları çərçivəsində keçirilən şahmatın bask növü üzrə yarışda ikinci yeri tutmuşdur VİDEO
Pekin, 18 dekabr (AZƏRTAC). Pekində Dünya İntellektual Oyunları çərçivəsində keçirilən şahmatın bask növü üzrə yarışlar başa çatmışdır.
Azərbaycanı təmsil edən Şəhriyar Məmmədyarov sonuncu turda Levon Aronyan (Ermənistan) üzərində qazandığı 2 qələbə ilə ümumi hesabda 6,5 xalla ikinci yeri tutmuşdur.
Yarışların qalibi Sergey Karyakin (Rusiya) olmuş, üçüncü yeri Ruslan Ponamoryov (Ukrayna) tutmuşdur.
Yarışda ölkəmizi təmsil edən digər idmançı Teymur Rəcəbov isə ümumilikdə 3,5 xal yığa bilmişdir.
Qeyd edək ki, bask növü üzrə yarışlarda idmançılar eyni vaxtda iki taxtada müxtəlif rəngli fiqurlarla bir-birinə qarşı mübarizə aparırlar.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin