İDMAN


Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov “Grand Prix 2019” turnirində mübarizə aparacaqlar

Bakı, 13 may, AZƏRTAC

Mayın 17-də Moskvada Beynəlxalq Şahmat Federasiyasının (FIDE) və “World Chess” şirkətinin birgə təşkilatçılığı ilə “Grand Prix 2019” seriyasının birinci mərhələsi start götürəcək.

AZƏRTAC xəbər verir ki, bu ildən başlayaraq yeni formatda keçiriləcək seriya turnirində Azərbaycanı qrossmeysterlərimiz Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil edəcəklər.

Qeyd edək ki, Şəhriyar Məmmədyarov “Grand Prix 2019” seriyasının birinci mərhələsinin reytinq favoritidir. Şahmatçımız 2017-ci ildə keçirilən sonuncu “Grand Prix” seriyasının qalibi olub.

Digər təmsilçimiz Teymur Rəcəbov isə ötən seriyanı üçüncü pillədə başa vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.