CƏMİYYƏT


Səidə Qocamanlı: Torpaqlarını azad etdikdən sonra Azərbaycana qarşı tənqidlər çoxalıb

Səidə Qocamanlı: Torpaqlarını azad etdikdən sonra Azərbaycana qarşı tənqidlər çoxalıb

Bakı, 14 mart, AZƏRTAC

Qərb və Fransa hazırda Ermənistanı operativ islahatlar aparan ölkə kimi göstərirlər. Həmin Fransa ki, ölkəsində yaşayan korsikanların öz dilində danışmaq imkanından məhrum edib.

AZƏRTAC xəbər verir ki, bu sözləri “İnsan Hüquqlarının və Qanunçuluğun Müdafiəsi” İctimai Birliyinin sədri Səidə Qocamanlı Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun Ermənistanda insan hüquq və azadlıqlarının pozulması faktları ilə bağlı hesabatın təqdimatı mərasimində deyib.

O bildirib ki, Azərbaycana qarşı edilən ikili standartların aparılması qəbuledilməzdir. Azərbaycanın torpaqlarını azad etdikdən sonra ölkəyə qarşı tənqidlər çoxalıb. “2022-ci ilin dekabrında Ermənistan xalqının hökumətinə qarşı çıxması geniş vüsət aldı. Ermənistanda medianın aparıcı qüvvələri həbs olunub, jurnalistlərə işgəncələr edilib. Hazırda 802 nəfərə 137-ci maddə ilə cinayət işi açılıb. Əgər ölkədə söz azadlığı təhdid altındadırsa, həmin ölkə demokratik deyil", - deyə Səidə Qocamanlı əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.