Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Şəki Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 132-ci maddəsinin II hissəsinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə, 96-cı maddəsinin birinci hissəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Aşağıdakı hakimlər vəzifələri dəyişdirilərək Şəki Apellyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:

Mübariz Rahil oğlu Hüseynov - Ağstafa Rayon Məhkəməsinin hakimi

Vəzirxan İsgəndər oğlu Məlikov - Yevlax Rayon Məhkəməsinin hakimi

2. Aşağıdakı hakimlər səlahiyyət müddəti uzadılaraq Şəki Apellyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:

Akif Məhərləm oğlu Eyvazov,

Ayaz Akif oğlu Mahmudov.

3. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikası
Milli Məclisinin Sədri                                 O.Əsədov

Bakı şəhəri, 2 noyabr 2018-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin