RƏSMİ SƏNƏDLƏR


Şəki şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Şəki şəhərində 960 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən ümumtəhsil məktəbi binasının tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutsun.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 iyul 2020-ci il.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri
05.08.2022 [12:10]
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyinin yerləşdirilməsi üçün alınmış Berlin şəhəri, Hoffmanstrasse 11 ünvanında yerləşən binanın satılması haqqında” 2008-ci il 5 fevral tarixli 2661 nömrəli, “Azərbaycan Respublikasında neft-qaz emalı və neft-kimya sənayesinin strateji inkişafı barədə təkliflərin hazırlanması üçün Komissiyanın tərkibinin təsdiq edilməsi haqqında” 2009-cu il 23 sentyabr tarixli 492 nömrəli, “Tikinti kompleksində səhmləri dövlət mülkiyyətində olan səhmdar cəmiyyətlərinin özəlləşdirilməsi haqqında” 2010-cu il 6 aprel tarixli 839 nömrəli, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında” 2010-cu il 3 may tarixli 885 nömrəli, “Azərbaycan Milli Elmlər Akademiyasının maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında” 2011-ci il 29 aprel tarixli 1478 nömrəli, “2011–2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramının təsdiq edilməsi haqqında” 2011-ci il 16 may tarixli 1504 nömrəli, “Azərbaycan gəncliyi 2011–2015-ci illərdə” Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 7 iyul tarixli 1621 nömrəli və “Fransa Respublikasındakı Azərbaycan Mədəniyyət Mərkəzinin binasının təmiri və yenidən qurulması haqqında” 2011-ci il 24 noyabr tarixli 1858 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı