CƏMİYYƏT


Şəkidə qanunsuz heyvan kəsimi və ət satışının qarşısı alınıb

Bakı, 12 avqust, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində yerli icra orqanlarının əməkdaşları ilə birgə Şəki şəhərində və “Şəki bazar” ASC-nin ərazisində fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrinə baxış keçirilib.

Baxış zamanı fiziki şəxslər Abdıyev Taleh Məmməd oğlu, Alxasov Vüsal Rahim oğlu və Abdullayev İsgəndər Hüseyn oğlunun baytarlıq-sanitariya ekspertizasından keçirilməyən xırdabuynuzlu və iribuynuzlu heyvan ətinin satışını həyata keçirdikləri aşkarlanıb.

Faktla əlaqədar qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.