CƏMİYYƏT
Səkkiz ayda gömrük qanunvericiliyinin tələblərini pozan şəxslərdən 670 min 634 dollar aşkarlanıb
Bakı, 12 sentyabr, Elvin Camalov, AZƏRTAC
Bu ilin yanvar-avqust aylarında gömrük qanunvericiliyinin tələblərini pozan şəxslərdən 670 min 634 dollar aşkarlanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev “Gömrük orqanlarında aparılan islahatlar və nəticələr” mövzusunda keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına əsasən gömrük orqanları valyuta və valyuta sərvətlərinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üzərində nəzarəti həyata keçirərkən qanunvericiliyin tələblərini pozan şəxslərdən 670 min 634 ABŞ dolları, 310 min 207 avro, 15 min 162 funt sterlinq, 34 milyon 865 min 955 Rusiya rublu, 172 min 922 Azərbaycan manatı, 6097 manat dəyərində 6855 qram gümüş, 931 min 346 manat dəyərində 1982,942 karat qiymətli daşlar, 5919 manat dəyərində 1150 ədəd zinət əşyaları aşkar olunub.