Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Seneqal Respublikasının Prezidenti Məkki Salldan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik etməkdən böyük məmnunluq duyuram.

Ölkənizin inkişafı, vətəndaşlarınızın rifahı naminə ali dövləti fəaliyyətinizdə Sizə möhkəm cansağlığı və uğurlar arzulayıram.

Ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrini möhkəmləndirmək üçün birgə səylərimizi davam etdirmək əzmində olduğuma əmin ola bilərsiniz.

Dərin hörmətlə,

 

Məkki Sall

Seneqal Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin