“Sənətin varsa, sənədin olacaq” layihəsi çərçivəsində təltifetmə mərasimi keçirilib
AzerTAg.az
Bakı, 5 avqust, AZƏRTAC
Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən “Sənətin varsa, sənədin olacaq” layihəsi çərçivəsində təltifetmə mərasimi keçirilib.
TKTA-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə baytar texniki, ərzaq və qeyri-ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar, elektrik qaz qaynaqçısı peşə ixtisasları üzrə qiymətləndirmə prosesində uğurlu nəticə əldə edən ərizəçilərə təhsil sənədləri təqdim edilib.
Tədbirdə agentliyin Qeyri-formal və informal təhsilin tanınması şöbəsinin müdiri Samirə Quliyeva müvafiq sahədə görülmüş işlər barədə məlumat verib. Formal təhsil ala bilməyən, müxtəlif peşə sahələrində çalışan vətəndaşların peşəkar fəaliyyətinə dəstək olan “Sənətin varsa, sənədin olacaq” layihəsinin cəmiyyət üçün əhəmiyyətindən danışıb.

Xəbərin mətnində orfoqrafik səhv var