İQTİSADİYYAT


Sentyabrda dəmir yolu ilə 303,4 milyon dollarlıq yük daşınıb

Bakı, 28 oktyabr, AZƏRTAC

Sentyabrda dəmir yolu nəqliyyatı ilə ümumilikdə 727 min 541 ton yük daşınıb ki, bu yüklərin dəyəri 303,4 milyon ABŞ dolları olub.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, keçən ay dəmir yolu nəqliyyatı ilə ixrac olunan 338 min 941 ton yükün dəyəri 113,2 milyon dollar təşkil edib.

Eyni dövrdə bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 388 min 601 ton, dəyəri isə 190,2 milyon dollar olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.