İDMAN
Sərbəst və yunan-Roma güləşi üzrə 2001-2003-cü illər təvəllüdlü yeniyetmələr arasında təsnifat yarışları davam edir VİDEO
Bakı, 11 iyun (AZƏRTAC). Azərbaycan Güləş Federasiyasının 1 saylı nümayəndəliyinin tərkibində fəaliyyət göstərən klublarda məşğul olan sərbəst və yunan-Roma güləşi üzrə 2001-2003-cü illər təvəllüdlü yeniyetmələr arasında təsnifat yarışları davam edir.
AZƏRTAC xəbər verir ki, yarış yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi idman növlərinin inkişafına və kütləviliyinə nail olmaq, 1 saylı nümayəndəliyin tərkibində fəaliyyət göstərən klublarda çalışan məşqçilərin işini qiymətləndirmək, ehtiyat qüvvələri və perspektivli güləşçiləri aşkarlamaq məqsədi daşıyır.
Yarışın ilk günündə sərbəst güləş növü üzrə 95 pəhləvan gücünü sınamışdır. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Təbriz Tağıyev (26 kq), Elçin Hüseynzadə (29 kq), Elmir Cəlilov (32 kq), Mürşüd Hüseynov (35 kq), Məmməd Əhmədov (38 kq), Teymur Teymurzadə (42 kq), Rəşad Əzizov (47 kq), Məhəmməd Əliyev (53 kq), Məhəmmədəli Hümbətli (59 kq) və Pərviz Həsənov (66 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.
Qalib və mükafatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və müxtəlif hədiyyələrlə mükafatlandırılmışlar.