DÜNYA
Serbiyada xarici mədən şirkətinə qarşı etirazlar davam edir
Belqrad, 8 yanvar, AZƏRTAC
Serbiyada ötən ilin noyabrından bəri hökumətlə ekoloqlar arasında xarici mədən şirkətinin fəaliyyəti ilə bağlı yaranan gərginlik davam edir.
AZƏRTAC xəbər verir ki, etirazçılar xarici mədən şirkətinin fəaliyyətinin ətraf mühitin çirklənməsinə səbəb olacağını bildirirlər.
Ötən il polisin nümayişçilərə sərt müdaxiləsi nəticəsində artan hadisələrdən sonra hökumət geri addım atmağa məcbur olmuşdu. Planlaşdırılan bəzi hüquqi tənzimləmələr isə geri götürülmüşdü.
Lakin ekoloqlar və müxalifətçilər beynəlxalq mədən şirkəti və onun ölkədəki törəmə şirkətləri ilə imzalanmış bütün sənədlərin dərc olunmasını tələb edirlər. Müxalifət tələblər yerinə yetirilməsə aksiyaların radikallaşacağını açıqlayıb.
“Ekoloji Üsyan Hərəkatı” isə yanvarın 8-də bir çox şəhərdə yenidən etiraz aksiyaları təşkil edəcək.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]